Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı barəsində verilmiş inzibati həbs qərarından apellyasiya şikayəti verib.

Open.az-ın məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində onu şikayətinə baxılıb. Siyasətçinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Nemət Pənahlı İXM-nin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilərək 30 sutka həbs cəzası alıb.

Səlcuq Elçin