Türkiyənin reytinqli seriallarından olan "Kurtlar Vadisi"nin "Polat Alemdar"ı olaraq tanınan aktyor Necati Şaşmaz haqqında eks həyat yoldaşı Nagehan qalmaqallı iddia səsləndirib.

Open.az xəbər verir ki, o, boşanmaq üzrə olduğu Necati Şaşmazın amerikalı bir qadınla evli olduğunu açıqlayıb.

Gündəmi zəbt edən bu xəbəri isə Necati Şaşmaz yalanlayıb.

Aktyorun vəkili bu barədə sənədləri mediaya təqdim edərək, sözügedən xəbərlərin şaiyə olduğunu bildirib.

Xatırladaq ki, Necati Şaşmaz və Nagehan 2012-ci ildə evlənib, 6 ildən sonra boşanıb.

Necati Şaşmazın eks həyat yoldaşından qalmaqallı iddia - Amerikalı qadınla evlidir