Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Şahverdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir avtomobildən 230 manat pul və bank kartı oğurlaması da müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqatlar davam edir.