"Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin gəlmədiyi elan edilib.

Təqsirləndirən Mustafa Hacıbəyli məhkəməyə vəsatət müraciət edib. Hacıbəyli məhkəmə prosesində iştirak edən jurnalistlərə videoçəkiliş aparmağa icazə verilməsini istəyib. Hacıbəylinin digər vəsatəti proseslərdə səs yazılarının da lentə alınmasını istəyib. Məhkəmə vəsatətləri növbəti dəfə müzakirə edəcəyini bildirib. Hakim qeyd edib ki, şahidlərin növbəti prosesə gətirilməsi təmin ediləcək. Məhkəmə prosesi fevralın 19-da davam etdiriləcək. Qeyd edək ki, M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Onu da qeyd edək ki, M. Hacılı Müsavat başqanı Arif Hacılının qardaşıdır.

Səlcuq Elçin