Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Open.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayılov Elvin Ağamehdi oğlu idarə etdiyi "Muravey" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və Səbail rayonu, M.Qurban küçəsi 2 ünvanındakı səkiyə çırpılıb.

Qəza nəticəsində E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.