Penitensiar Xidmət Mühafizə Alayında baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

Xidmətdən Open.az-a verilən məlumatda qeyd olunur ki, 6 noyabr 2018-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.


Saat 12:41

***


Penitensiar Xidmətin mühafizə alayında silahlı insident olub.

Open.az xəbər verir ki, mühafizə alayının 12-ci bölüyünün əsgəri, 1999-cu il təvəllüdlü Orxan Qarayev xidməti silahı ilə özünü vurub. Əsgər çənəsindən aldığı güllə yarsı ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.