Bir qədər əvvəl Yasamal rayonu M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib.

BNA-dan Open.az-a verilən məlumata görə, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar eyni zamanda BNA tərəfindən araşdırma aparılır.

Şəfiqə Nazimqızı