Moskvada “İnterfaks” agentliyinin redaktoru Marqarita İqnatova itkin düşüb.

Open.az xəbər verir ki, jurnalist ötən gündən heç kimlə əlaqə saxlamayıb.

Yaxınlarının sözlərinə görə, M.İqnatova noyabrın 17-də kilsəyə gedib və bundan sonra ondan xəbər yoxdur.

Onun özü ilə pul, sənəd və telefon götürmədiyi deyilir. Jurnalistin axtarışları aparılır.