Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Open.az-a verilən məlumata görə, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.

Nəticədə 2 sərnişin hadisə yerində ölmüş, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Onlardan 6 nəfərin vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.