Bakıda "Sədərək" Ticarət Mərkəzində yerləşən "Meyvəli" bazarda kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib.

Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə aparıb.

Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Onların vəziyyətləri orta-ağırdır.