Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib mobil telefonunu ondan almaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Open.az-a verilən məlumata görə, dünən metronun “28 May” stansiyasının platformasında bir nəfər Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib mobil telefonunu ondan alıb.

Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Əbilzadə saxlanılıb.