Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Open.az-a verilən məlumata görə, martın 14-də saat 15 radələrində Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində Kəlbəcər rayon sakini Mübariz Məmmədov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini Şirvan kanalına aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.