Paytaxtın Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Open.az-a daxil olan məlumata görə, yanvarın 23-də saat 19 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Masallı rayon sakini Y.Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İbadət Mahmudovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.