Vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtalarığında və dələduzluqda təqsirləndirilən Ülviyyə Abdalova barəsində aparılan ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, Ülviyyə Abdalova barəsində toplanan cinayət işinin materialları başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi baxılması üçün hakim Mayıl Bayramovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, Baş prokuroluğun yaydığı məlumata görə, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb və Ülviyyə Abdolova da bu iş təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Bir müddət sonra onun başqa bir cinayət əməli üzə çıxıb. Ülviyyə Abdalovaya qarşı Vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtalarığında və dələduzluq maddələri ilə ittiham irəli sürülüb və həbs edilib.

Xatırladaq ki, Ü. Abdalova bir müddət əvvəl Nizami rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun barəsində sosial şəbələrdə ittihamedici məlumat yayıb. Həmin məlumatda qeyd edilirdi ki, guya Ələddin Cəfərov Ülviyyə Abdalovaya mesaj yazaraq rüşvət aldığını etiraf edib və pulunu geri qaytarmayacağını da söyləyib. Amma sonra həmin məlumatın əsassız olduğu, mesajın montajla hazırlandığı üzə çıxmışdı.

Səlcuq Elçin