Bundesliqa təmsilçisi "Maynts"ın yeni baş məşqçisi müəyyənləşib.

Open.az xəbər verir ki, bu vəzifəyə Axim Bayerlorzer təyin edilib. Onunla 2022-ci ilin yayına kimi müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən Sandro Şvartsı əvəzləyib.

Qeyd edək ki, Bayerlorzer bu mövsümün əvvəlində "Köln"ün baş məşqçisi təyin olunub, ancaq 9 gün əvvəl klubla yolları ayırıb.