Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, fevralın 15-də saat 23 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini C.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Kəmalə İbrahimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.