Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb.

Open.az xəbər verir ki, hadisə Qumbaşı kəndində baş verib.

Rayonun Liman şəhəri Həzi Aslanov küçəsində yaşayan təxminən 55-60 yaşlı Balaqız Abdulhüseyn qızı Quliyevanı "VAZ-2107" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, müayinə zamanı onun öldüyü müəyyənləşib. Qəza şahidlərinin məlumatı əsasında hadisəni törədən "44-BN-751" dövlət qeydiyyat nişanlı,"VAZ-2107" markalı avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb - FOTO

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb - FOTO