Lənkəranda evdən 2400 manat və planşet oğurlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki 1 evdən 2400 manat və 1 evdən isə planşet oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Musazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.