Lənkəran rayonunda avtomobil yeniyetməni vuraraq öldürüb.
Open.az xəbər verir ki, hadisə Şəhidlər xiyabanı küçəsində, Su-8 deyilən ərazidə baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü Nihad Çingiz oğlu Kazımzadə məşqdən evə qayıdarkən avtomobil tərəfindən vurulub. Sürücü yaralını Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırmağa cəhd göstərsə də, yeniyetmə yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. ("Report")