Lənkəranda 19 yaşlı qız yoxa çıxıb.

Open.az-ın məlumatına görə, rayonun Xanbulan kənd sakini İsgəndər Əsgərov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, 19 yaşlı qızı Aytac Əsgərzadənin yaşadığı evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin