Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, aprelin 2-də saat 11 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində kənd sakini N.Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmkəndlisi Kəmalə Hüseynovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.