Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qüdasar kənd sakinləri Qəhrəman Həşimovun evindən 1 ədəd “TOZ-16”, qardaşı Məmmədin evindən 1 ədəd “İJ-18” və Sarvan Həşimovun evindən 1 ədəd “İJ-17” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Araşdırma aparılır.