Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli, üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.