Kürdəmir rayonunda toyda dava düşüb.

Open.az xəbər verir ki, hadisə "Muradxan" şadlıq evində qeydə alınıb.

Belə ki, toya gələn qonaqlar arasında mübahisə yaranıb. Nəticədə Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Cəsarət Zəfər oğlu xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.