Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Open.az-ın məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Saatlı rayon sakini Baratov İsgəndər Laçın oğlu "VAZ-2107" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən Kürdəmir rayon Sığırlı kənd sakini Məmmədov Sahil Sabit oğlunu vurub. Nəticədə S.Məmmədov müxtəlif növ ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.