Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Open.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 1958-ci il təvəllüdlü İmamalıyev Qasım İmamalı oğlu yolu keçərkən onu "Hyundai" markalı avtomobil vurub. Yaralı ətrafdakı imsanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.