Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş verən qəza ilə bağlı məlumat yayıb.

Open.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Kürdəmir rayonunda “Ford” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.