Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Open.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14.44

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.

Open.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu iş aparır.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.