İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Open.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.