Kür çayının Sabirabad rayonu, Ulacalı kəndi ərazisindən keçən hissəsində 1957-ci il təvəllüdlü Soltanov Teymur Əhmədrza oğlunun axtarışları başa çatıb.

Bu barədə Open.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

T.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.