Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Open.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.