Brüsseldə 12 yaşlı bir qız koronavirusdan həyatını itirib.

Open.az xəbər verir ki, bu barədə Belçikanın Səhiyyə Nazirliyinin keçirdiyi mətbuat brifinqi zamanı məlumat verilib.

“Dünən 12 yaşlı bir qız vəfat edib. Koronavirus testi pozitiv nəticələnmişdi. Üç gün hərarəti olduqdan sonra səhhəti anidən pisləşdi”,- deyə professor Stiven Van Quxt bildirib.

Onun sözlərinə görə, gənclər üçün bu cür hallar nadir olsa da, xəstəlik hər yaşda insana ağır təsir edə bilər.

Qeyd edək ki, Belçikada koronavirusdan bu gün 192 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 705 nəfərə çatıb.