Ukraynanın paytaxtı Kiyevdə yataqxanada partlayış baş verib.

Open.az "TASS"a istinadən xəbər verir ki, Karl Marks küçəsində yerləşən yataqxanada baş verən partlayış nəticəsində iki nəfər həlak olub.

İlkin məlumata əsasən, otaqda əl qumbarası partlayıb.

Bildirilir ki, həlak olanlardan biri mühafizəçi, digəri isə tikintidə işləyib.