Masallıda 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şərəfə kənd sakini, əvvəllər məhkum olunmuş R.Zeynalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.