Keçmiş arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazanın qarşısında baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşını Aytəkin Müzəffərovanın başına bezin tökərək onu yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.

A.Müzəffərova hadisədən bir qədər əvvəl işləmək üçün Türkiyəyə gedib. M.Müzəffərov isə arvadının ona xəyanət etdiyini fikirləşib. Daha sonra qadın Bakıda işləməyə başlayıb. Qısqanc ər yoldaşının öldürməyə qərar verib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilib. O qeyd edib ki, keçmiş arvadı başqa şəxslə ona xəyanət edib: "Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Lakin ondan bu hərəkəti niyə etdiyini öyrənmək istədim. Benzin alıb, onun işlədiyi yerə getdim. Məqsədim benzini onun üzərinə töküm və sifəti yandırmaq idi, tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım".


Qeyd edək ki, təqsirləndirilən şəxsə 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.


Səlcuq Elçin