Göygöldə "Kamaz" markalı yük avtomobili qoyun sürüsünə çırpılıb.

Open.az, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomibilin sürüyə girməsi nəticəsində 23 qoyun tələf olub, 10-a yaxın xırdabuynuzlu heyvan isə yaralanıb. Qəza zamanı sürünün çobanı Mamed adlı şəxs də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.