ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları nəticəsində yüzlərlə ev kül olub, bir neçə nəfər ölüb.

Open.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ştatın yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.

Qeyd edək ki, yanğın dünən axşam saatlarından başlayıb və 7 min hektardan çox ərazidə yayılıb. Regionda təxminən 50 min insan evakuasiya edilib.

***

03:03

ABŞ-ın Kaliforniya ştatında genişmiqyaslı meşə yanğını baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya hakimiyyəti baş verən meşə ynğınlarına görə bölgədə yaşayan əhalinin təcili təxliyə olunması elanını verib.

Qeyd olunur ki, təxliyə Paradays şəhərinə yaxın, San-Fransiskodan 290 kilometr şimal-şərqdə yaşayan insanlara aid olacaq.