Əfqan siyasətçi Vahid Mocdah Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında qətlə yetirilib.

Open.az-ın məlumatına görə, “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Politoloq naməlum 2 nəfər tərəfindən güllələnib. Onlar motosikletlə hadisə yerindən uzaqlaşıblar. Polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Əfqanıstanda “Taliban” radikal hərəkatının idarəçiliyi dövründə (1996-2001) Vahid taliblərin xarici siyasət idarəçiliyində rəhbər postlardan birini tutub.