Bakıda 13 yaşlı itən qız tapılıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 10-da saat 23.30-da Nəsimi rayonunun Cavadxan küçəsində tənha olan azyaşlı qız ərazidə xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşlarının diqqətini cəlb edib və ona yaxınlaşıblar.

Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini, 13 yaşlı A.Fikrətli olması müəyyən edilib və o, valideynlərinə təhvil verilib.