Türkiyənin İstanbul şəhərində yaşayış binasında partlayış baş verib.

Open.az xəbər verir ki, hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb ediliblər.

Bildirilir ki, yanğınsöndürənlər partlayış nəticəsində başlayan yanğını söndürüblər. Partlayış nəticəsində 2 binaya, bir neçə avtomobilə zərər dəyib, qarşıdakı binaların şüşələri qırılıb.

Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir