Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Xilasedicilər yanan mənzildən iki nəfərin cəsədini çıxarıblar. Onların şəxsiyyətləri müəyyənləşməyib.

Polis üzərindən kimlikləri çıxmayan şəxslərin isinmək üçün ocaq qaladıqlarını və yatarkən tüstünün təsirindən boğulduğu ehtimalı üzərində dayanıb.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı