Livanda bir qəzet, keçən həftə Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girdikdən sonra yoxa çıxan Səudiyyəli jurnalist Camal Qaşıqçının qardaşı və qardaşının arvadının Ciddədə maskalı şəxslər tərəfindən öldürüldüyünü iddia edib

Open.az xəbər verir ki, Beyrutda nəşr olunana "Diyar" qəzetində dərc edilən xəbərə görə, Səudiyyə Ərəbistanının İstanbul Konsulluğun agirdikdən sonra yoxa çıxan Camal Qaşıqçı qardaşı Əhməd Qaşıqçı lə arvadı Ciddədə öldürüldüb. İddiaya görə, evə gələn maskalı və əli qılınclı şəxslər Əhməd Qaşıqçı və arvadını öldürüb, Qaşıqçının 3 uşağı isə qaçaraq qurban olmaqdan xilas olublar.

Əhməd Qaşıqçının bir qonşusu, evə girən şəxslərin əllərində qılınc olduğunu və başını koparana qədər Ahmet Qaşıqçı və arvadının başına və çiyininə qılınc endirdiklərini, Əhməd Qaşıqçının üç uşağının qaçaraq qonşularının evinə sığındığını söyləyib. Qonşular, daha sonra Səudiyyə polislərinin hadisə yerinə gələrək onlara dağılmalarını söylədiyini və cəsədləri alıb bilinməyən bir yerə apardıqlarını, daha sonra gələn polislərin evdə səhərə qədər araşdırma apardıqlarını söyləyib.

Əhməd Qaşıqçının qaçan 18 yaşlı oğlu Məhəmməd Qaşıqçının qaçaraq izini itirdiyi ifadə edilib. Polisin, Əhməd Qaşıqçının evinin qapısını möhürləyərək evə heç kimin yaxınlaşmasına icazə vermədiyi də qeyd edilib.