İsrail ordusunun Qəzzə Zolağının şimalına təşkil etdiyi hücumda 2 Fələstinli şəhid olub, 3 nəfər yaralanıb.

Open.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, "Döyüş təyyarələrimiz, Qəzzada terror hədəflərini vurur" ifadəsinə yer verilib.

Hücuma dair daha çox açıqlama vrerilməyib. Bundan əvvəl verilən açıqlamada Qəzzadan açılan atəşin İsrail tərəfində bir avtobusa üz verdiyi ifadə edilmişdi.

Avtobusu hədəf alan hücumun nə cür silahla həyata keçirildiyinə və ziyana dair bəyanat verilməyib. Qəzzadan İsrail tərəfinə 80 raket atıldığı, bölgədə siqnal fiti çaldığı bildirilib.

Qeyd edək ki, Həmasın hərbi qanadı İzzəddin Əl-Kassam Briqadaları, baş verən münaqişənin təfsilatına dair dünən verdiyi yazılı açıqlamada, bir qrup İsrail əsgərinin sivil avtomobil ilə Qəzzanın cənubundakı Xan Yunusun 3 kilometrliyində yerləşən daxili hissələrə girdiyini və briqada komandirlərindən Nur Berekeye sui-qəsd hazırladığını bildirmişdi.

İsrail ordusu isə açıqlamasında "Qüvvələrimiz, Qəzza Zolağında bir təhlükəsizlik əməliyyatı həyata keçirib. Əməliyyatdan sonra toqquşmalar baş verib" deyə bildirmişdi.