İsmayıllı rayonunun Əhən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, aprelin 13-də saat 20 radələrində İsmayıllı rayonunun Əhən kəndi ərazisində Abşeron rayon sakini Ramin Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.

Nəticədə R.Allahverdiyev, sərnişinlərindən İsa Əliyev və Oğuz rayon sakini Kənan Kərimov hadisə yerində ölüb, daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.