Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, avqustun 20-də İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirəbilqasım kənd sakini Barat Əhmədovdan müvafiq sənədləri olmayan 1 ədəd “Tula” markalı, 20 çaplı, qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.