İranda inqilabın qırxıncı ildönümü çərçivəsində mərasim keçirilib.

Open.az "İRNA"ya istinadən xəbər verir ki, mərasimdə çıxış edən İran İnqilab Mühafizəçiləri Baş Komandanı müavini Yədullah Cavanı ABŞ-a meydan oxuyub.

O, ABŞ-ın hərbi gücünə baxmayaraq İrana hücum etməyə cəsarət etmədiyini söyləyib: "ABŞ bizə hücum edərsə, Təl-əviv və Hayfanı yerlə yeksan edərik".

Gülnar Qafarlı

İrandan ABŞ-a təhdid: Yerlə yeksan edərik