Xızı rayonunda “INFINITI” markalı minik avtomobili qarlı yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərə köməklik göstərilib.