İndoneziyada sel suları 6 məktəblinin həyatına son qoyub.

Open.az “RİA Novosti”yə isitnadən xəbər verir ki, 250-dən çox şagird əlverişsiz hava şəraitinə baxmayaraq Sembor çayının sahilinə gəzintiyə çıxıb.

Qəfil başlayan sel onlarla məktəblinin itməsinə səbəb olub. Onların axtarışları davam etdirilir.

Ölənlərin sayının artacağı istisna edilmir.