İndoneziyanın paytaxtı Cakartada partlayış baş verib.

Open.az xəbər verir ki, yerli vaxtla saat 07:05-də meydana gələn partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yerli polis nümayəndəsi bildirib ki, xəsarət alanlar arasında iki hərbçi də olub, onlar xəstəxanaya yerləşdiriliblər.