İmişli şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Open.az-a verilən məlumata görə, dünən saat 21 radələrində İmişli şəhərinin ərazisində şəhər sakini T.Bəylərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi M.Sarıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.